14 İyul 13:02 "Beşiktaş" Mario Qomesi alır
FUTBOL xəbərləri 14 İyul 13:02
678 baxış

"Beşiktaş" Mario Qomesi alır

Əzəli rəqibləri “Qalatasaray” və “Fənərbaxça”ya transfer “bazarında” uduzmaq istəməyən “Beşiktaş” diqqətini Almaniya yığmasının sabiq üzvü Mario Qomesə yönəldib. Apasport.az saytı xəbər verir ki, türklər təcrübəli hücumçunun həm özü, həm də çıxış etdiyi “Fiorentina” klubu ilə danışığa start veriblər.

 

Türkiyə mətbuatı Qomesin “Beşiktaş”a keçməyə razılıq verdiyini iddia edir. Əgər keçid baş tutsa, 30 yaşlı forvard “qara qartal”da ilinə 4 milyon avro qazanacaq.

 

“Fiorentina” rəhbərliyi Qomesin gedişindən təzminat olaraq, 7 milyon avro gəlir əldə etmək fikrindədi.

 

Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan Qomes “Fiorentina”ya 2013-cü ildə “Bavariya”dan keçib. 

Xəbər lenti