18 Avqust 08:17 "Beşiktaş" və "Fənərbaxça" qələbə, "Qalatasaray" heç-heçə ilə başladı - YENİLƏNİB
FUTBOL xəbərləri 18 Avqust 08:17
17323 baxış

"Beşiktaş" və "Fənərbaxça" qələbə, "Qalatasaray" heç-heçə ilə başladı - YENİLƏNİB

Türkiyə Superliqasında yay fasiləsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümünə artıq start verilib.

 

Mövsümün ilk turunun açılış matçında “Fənərbaxça” meydançaya çıxıb. Yeni ulduz transferləri ilə diqqət çəkən “sarı-lacivərdlilər” doğma meydançada sabiq “Qarabağ”lı Muarem Muaremin formasını geyindiyi “Əskişəhərspor”u qəbul edib. Meydan sahibləri birinci hissənin sonlarında vurduğu 2 qolla qələbə qazanmağa nail olub.

 

Son çempion “Qalatasaray” ilk turdaca büdrəyib. “Cim-bom” çətin Sivas səfərində 1 xalı güclə "qoparıb". Son yarım saata 2 top fərqi ilə geridə girən "sarı-qırmızılılar" bununla belə, heç-heçə etməyi bacarıb.

 

Turun mərkəzi görüşü Trabzonda oynanılıb. Avrokuboklarla erkən vidalaşan “Trabzonspor” güclü heyət yığan “Bursaspor”la qarşılaşıb. Erkan Zenginin yeganə qolu "bordo-mavililər"ə 3 xal qazandırıb.

 

Çempionluğa iddia edən “Beşiktaş” isə “Mersin İdmanyurdu”nun qonağı olub. 7 qolun vurulduğu qarşılaşmadan "ağ-qaralar" böyük hesabla qalib ayrılıblar.

 

Turun diqqət çəkən məqamlarından biri də "Antalyaspor"un yeni transferi Samuel Eto`onun uğurlu debütüdü. "Başakşəhər" üzərində qazanılan qələbədə dubl edən ulduz futbolçunun böyük əməyi olub.

 

 

Türkiyə Superliqası

I tur

 

 

“Fənərbaxça” – “Əskişəhərspor” - 2:0

Qollar: Musa Sou, 45+1, Fernandao, 45+3

 

 

“Trabzonspor” – “Bursaspor” - 1:0

Qollar: Erkan Zengin, 67

 

“Başakşəhər” – “Antalyaspor” - 2:3

Qollar: Madureyra, 46, Çikaleşşi, 61 - Bassan, 22, Eto`o, 50, 64

 

“Sivasspor” – “Qalatasaray” - 2:2

Qollar: Şaşeşu, 10, 55 - Burak, 60, Podolski, 81

 

“Konyaspor” – “Akhisar” - 1:1

Qollar: Dossa Junior, 80 - Kustodio, 20

 

“Osmanlıspor” – “Kayserispor” - 1:1

Qollar: Nayir, 88 - Sinan Bakış, 90+3

 

“Qaziantepspor” – “Kasımpaşa” - 0:3

Qollar: Adəm Büyük, 80, Yardımçı, 89, Della Valle, 90+3 

 

“Mersin İdmanyurdu” – “Beşiktaş” - 2:5

Qollar: Nakoulma, 20, 90 - Cenk Tosun, 9, 44, 68, Olcay, 74, Kərim Frey, 90+3

 

“Gənclərbirliyi” – “Çaykur Rizəspor” - 2:3

Qollar: Tomiç, 59, Dimitriadis, 74 - Ahmet İlhan, 45, Kveuke, 87, 90+2

Xəbər lenti