8 Noyabr 18:47 “Bir dəfə yaxşı oynayan kimi başlarını qaldırmasınlar” – Yunis Hüseynov
FUTBOL xəbərləri 8 Noyabr 18:47
4475 baxış

“Bir dəfə yaxşı oynayan kimi başlarını qaldırmasınlar” – Yunis Hüseynov

“Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. “Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində öz meydanında “Qarabağ”la qarşılaşan cənubluların çalışdırıcısı minimal hesablı məğlubiyyəti belə şərh edib: “Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, bir dəfə yaxşı oynayan kimi başlarını qaldırmasınlar”.

Xəbər lenti