8 Sentyabr 23:01 “Bir oyunda 3 penalti həddindən artıq çoxdu” – Taşkın İltər
FUTBOL xəbərləri 8 Sentyabr 23:01
8366 baxış

“Bir oyunda 3 penalti həddindən artıq çoxdu” – Taşkın İltər

21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində üçüncü oyununuu keçirib. 0:3 hesablı yenilgidən sonra karyerasının Almaniyada davam etdirən yığmamızın üzvü Taşkın İlter apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Üç qol, bir o qədər də penalti. Oyunun bu məcrada keçəcəyini gözləyirdinizmi?

- Biz də oyunun ikinci hissəsini 10 nəfərlə keçirdik. Buna baxmayaraq, qaçdıq, mübarizə apardıq, komandamız adına müsbət nələrsə etməyə çalışdıq. Almaniya çox güclü rəqibdi. Artıq bu oyunu unutmalıyıq. Çünki bizi qarşıda başqa oyunlar gözləyir. Həmin matçlar haqda düşünməliyik.

 

- Həmin epizodda komanda yoldaşınız olan Adil Nağıyevin ikinci sarı-qırmızı vərəqə almağına lüzum var idi?

- Hamımız çox həvəsli idik. İnsan nəyisə çox istəyəndə əks nəticə ilə qarşılaşa bilir. Bu gün bizdə belə alındı. Eybi yox, çalışdıq Adilin yoxluuğunu, azlıqda qalmağımızı hiss etdirməyək. Ancaq qarşımızdakı rəqib də sıradan bir komanda deyildi.

 

- Bəs bu qədər penalti?

- Bir oyunda 3 penalti həddindən artıq çoxdu. Bəxtimizdən, rəqib cəmi birindən yararlana bildi. Belə səhvlər etməməliyik.

 

- Bu qədər kobud oynamağınız yorğunluqla bağlıydı?

- 10 nəfərlə qaldıqdan sonra çox qaçdıq. Bəli, sona yaxın yorulmuşduq. Ancaq penaltiləri bilərəkdən etmədik. Topa oynayan zaman kobuudluuq oldu.

 

- Almaniya yığmasının heyətində komanda yoldaşın və ya rəqib olduğun futbolçu varmı?

- Komanda yoldaşım yoxdu. Amma Almaniya çempionatında rəqib kimi qarşılaşdığımız fuutbolçuular var. Leon Goretzka, Davie Selke onlardandı.

 

- Qrupla bağlı nə düşünrsünüz?

- Bütün rəqiblərimizlə oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Qarşıda oyunlarımız var. Çalışacağıq nəticələri lehimizə çevirək.

 

- Birvaxtlar əsas milliyə dəvət edilirdiniz. İndi çağırılmamağınız sizdən qaynaqlanır?

- Bu baş məşqçinin seçimidi. O, kimi məsləhət bilirsə, dəvət edir. Hər oyunda maksimum gücümü sərf etməyə çalışıram. Hazırda U-21-in oyunçusuyam. Ehtiyac duysa, əsas komandaya dəvət etsələr, məmnuniyyətlə oynamağa hazıram.

 

- Klubda işləriniz necə gedir?

- Hazırda TSG Neustrelitz klubunda çıxış edirəm. Baş məşqçi əsas heyətdə meydana buraxır. İşlər qaydasındadı.

 

- Başqa kluuba keçmək şansınız varmı?

- Mövsüm yeni başlayıb. Hələ ki bu komandadayam. Transfer pəncərəsi zamanı baxacağıq. Şans yaransa, özümüzü daha güclü komandada sınayacağıq. 

Xəbər lenti