5 Sentyabr 10:53 "Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir" – Sxadadze
FUTBOL xəbərləri 5 Sentyabr 10:53
1239 baxış

"Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir" – Sxadadze

“Bu cür oyunlar seriyasına nail olmalıyıq. Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir”. Apasport.az saytı xəbər verir ki. bu sözləri Kaxaber Sxadadze deyib.

 

Onun çalışdırdığı Gürcüstan yığması Avro-2016-nın seçm mərhələsi çərçivəsində dünən Şotlandiya ilə qarşılaşıb. Kazaişvilinin 38-ci dəqiqədə vurduğu qolla gürcülər meydandan 3 xalla ayrılıblar.

 

Qələbəni şərh edən Sxadadze bu nəticəni şişirtməməli olduqlarını bildirib. O qeyd edib ki, artıq fikrini növbəti görüşə yönəldib: “Növbəti oyunumuz daha çətin rəqibə - İrlandiyaya qarşı olacaq. Artıq bu matç barədə düşünməliyik. Əgər işə peşəkar yanaşırıqsa, bir qələbəni 1 ay ərzində bayram etməməliyik. Yalnız o halda bizdə nəticə olacaq”.

 

Qeyd edək ki, İrlandiya – Gürcüstan görüşü sentyabrın 7-də keçiriləcək.