12 Noyabr 15:38 “Birdən zəng gəldi ki, çağırılmısan” - Yığmanın debütantı
FUTBOL xəbərləri 12 Noyabr 15:38
4847 baxış

“Birdən zəng gəldi ki, çağırılmısan” - Yığmanın debütantı

“Yığmadan gələn təklif mənim üçün xoş sürpriz oldu. Çünki bunu heç gözləmirdim”. Bunu apasport.az saytına ilk dəfə Azərbaycan yığmasına dəvət alan Elşən Rzazadə deyib.

 

Moldovaya qarşı keçiriləcək yoxlama görüşü üçün milliyə çağırılan “Xəzər Lənkəran”ın gənc yarımmüdafiəçisi sevincinin həddi-hüdudu olmadığını bildirib: “Xəzər Lənkəran”ın düşərgəsində idim. Birdən zəng gəldi ki, kluba məktub daxil olub, yığmaya çağırılmısan. Açığı, çox sevindim. Yığmada oynamaq mənim ən böyük arzum idi. Bunu reallaşdırmağa çox az qalıb”.

 

Hazırda millinin düşərgəsində olan 22 yaşlı yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir yerdə çıxış etdiyi kapitan Rahid Əmirquliyevi də tərifləyib: “Hazırda Azərbaycanın say-seçmə futbolçuları ilə eyni düşərgədəyəm. Düzdü, çoxu ilə bir yerdə çıxış etmişəm, onları tanıyıram. Fikrimcə, yığmaya uyğunlaşmaq üçün 3-4 gün kifayət edər. Klubdakı kapitanımız Rahid Əmirquliyevlə yığmada da bir yerdə olmağımız çox yaxşı haldı. O, “Xəzər Lənkəran”da gənc oyunçular üçün örnəkdi”.

 

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti