24 Avqust 14:46 “Biz bir addım öndəyik” – “Panatinaikos”un vitse-kapitanı
FUTBOL xəbərləri 24 Avqust 14:46
4039 baxış

“Biz bir addım öndəyik” – “Panatinaikos”un vitse-kapitanı

“Avrokubok mövsümünə uğursuz başlanğıc etsək də, artıq bunu unutmuşuq. İndi hədəfimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un yarımmüdafiəçisi Anastasios Laqos deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” ilə keçiriləcək cavab matçını dəyərləndirən 23 yaşlı vitse-kapitan yerli mətbuata açıqlamasında təmsilçimizdən çəkindiklərini etiraf edib: “Qəbələ” bura qədər 3 komandanı mübarizədən kənarlaşdırıb. Təkcə bu amil onların nə qədər güclü və təhlükəli olduqlarını göstərir. Ancaq biz də hansı klubun formasını geyindiyini yaxşı dərk edirik. “Panatinaikos” kimi komandanın hədəfi hər zaman titul qazanmaq və Avrokubokda mümkün qədər irəliləməkdi. Biz də bunun üçün mübarizə aparacağıq. Fikrimcə, qrup mərhələsi yolunda biz bir addım öndəyik. Çünki bu dəfə doğma azarkeşlərimiz önündə çıxış edəcəyik”.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” oyunu avqustun 27-də keçiriləcək. Bakıda oynanılan ilk görüşdə hesab açılmamışdı.