22 Oktyabr 08:19 “Biz həmişə qələbə üçün oynayırıq” - “Monako”nun baş məşqçisi
FUTBOL xəbərləri 22 Oktyabr 08:19
1436 baxış

“Biz həmişə qələbə üçün oynayırıq” - “Monako”nun baş məşqçisi

“Qarabağ”la qarşılaşma bizim üçün çox vacibdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Monako” klubunun baş məşqçisi Leonardu Jardim deyib.

 

O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la ev oyunu öncəsi baş tutan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Əgər bu oyunda qalib gəlsək, növbəti mərhələyə yüksəlməyə yaxınlaşacağıq. Bu matç bizim rəqib üçün də eyni dərəcədə əhəmiyyət kəsb edir. Onlar üçün də 3 xal çox önəmlidi. Bizim futbol fəlsəfəmiz ev oyununda var qüvvəmizi meydanda qoymaqdı. Rəqibin kimliyinin də bizim üçün fərqi yoxdu. Biz həmişə yalnız qələbə üçün oynayırıq. Bu dəfə də belə olacaq”.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Monako” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq.

Xəbər lenti