9 İyul 22:22 “Biz “İnter”dən güclü komandayıq” - Armando Kunqu
FUTBOL xəbərləri 9 İyul 22:22
1165 baxış

“Biz “İnter”dən güclü komandayıq” - Armando Kunqu

“Nəticəyə görə çox məyusam. Əsasən də ilk matça görə təəssüflənirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Laçi”nin baş məşqçisi Armando Kunqu deyib.

 

O, UEFA Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə keçirilən cavab matçından (0:0) sonrakı mətbuat konfransında bu fikirləri səsləndirib:

 

“Fikrimcə, “İnter” bizə qalib gəlmədi. Biz sadəcə, onlara hədiyyə etdik və “İnter” də bundan istifadə etdi. Bu gün isə yaxşı çıxış etdik, qol vurmaq şanslarımız oldu. Son ötürmələrimizdə dəqiqlik çatmadı. Sərgilənən oyuna görə yox, nəticəyə görə kədərlənirəm. Çünki biz “İnter”dən güclü komandayıq. İlk matç bunu deməyə əsas verir. Yeganə çatışmazlığımız nəticə oldu”.

 

Onun sözlərinə görə, qarşılaşmanın baş hakimi oyunu tam yaxşı idarə etmədi:

 

“Baş hakim bir qədər həyəcanlı görünürdü. Düzdü, mənim işim hakimlik haqda danışmaq deyil. Futbolda hər şeyi meydançada həll etmək lazım idi”.

 

Kunqu sonda “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevi bəyəndiyini vurğulayıb: “Onun ustalıq səviyyəsi yaxşı idi. İlk oyunda da meydana daxil olub matçın taleyini dəyişdi”.

Xəbər lenti