19 Sentyabr 22:50 “Biz qolu rəqibə hədiyyə edirik” – Emin Quliyev
FUTBOL xəbərləri 19 Sentyabr 22:50
720 baxış

“Biz qolu rəqibə hədiyyə edirik” – Emin Quliyev

Topaz Premyer Liqasının V turu çərçivəsində “Rəvan” “Zirə” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matç debütantın qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra “Rəvan”ın baş məşqçisi Emin Quliyev matçla bağlı fikirlərini bölüşüb:

 

“İlk hissədə oyunçularımdan narazı qalsam da, ikinci hissəyə görə onlara təşəkkür edirəm. Müdafiədə problemlərimiz var, bunu həll etməliyik. Biz qolu rəqibə hədiyyə edirik. Hələlik, komandada hücumçu yoxdur, ona görə də məcburiyyətdən Fəridi oynadıram”.

Xəbər lenti