9 İyul 22:44 “Biz rəqibdən üstün idik” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 9 İyul 22:44
1004 baxış

“Biz rəqibdən üstün idik” – Roman Qriqorçuk

“Səfərdə məğlub olduğumuzdan, bizə psixoloji cəhətdən çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Dinamo" ilə cavab oyununda (2:0) qalib gələrək tarixində ilk dəfə növbəti mərhələyə adlayan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukraynalı mütəxəssis qolların son dəqiqələrdə vurulmasına baxmayaraq, komandasının rəqibdən üstün olduğunu deyib:

 

“Mütləq qalib gəlməliydik. Ancaq necə qalib gəldiyimizi təsəvvür etmək çətindi. Rəqibi yaxşı analiz edib, qalib gəldik. Düzdü qollar sonda vuruldu, amma biz rəqibdən üstün idik”

 

Komandanın ilk dəfə məhz onun rəhbərliyi altında mərhələ adlamasının Çox gözəl duyğu olduğunu qeyd edən ukraynalı mütəxəssis bunun sözlə ifadə oluna bilməyəcəyini deyib:

 

“Bunu sözlə izah etmək çətindi. Hər futbolçunun öz düşüncəsi var. Hər şeyi nəzərə alaraq, mərhələni adladıq”.

 

Qriqorçuk komandanın yeni tarnsferləri barəsində də danışıb:

 

“Onlar gələcəkdə daha da inkişaf edəcəklər, ancaq hələ ki fiziki cəhətdən tam hazır deyilik”.

Xəbər lenti