31 Avqust 13:46 “Bizi çox gərgin mövsüm gözləyir”
FUTBOL xəbərləri 31 Avqust 13:46
744 baxış

“Bizi çox gərgin mövsüm gözləyir”

“Möhtəşəm həftə keçirdim. Bundan sonra Braziliyaya gəlməyə bilməzdim. “Qəbələ” ilə keçirəcəyimiz ağır mövsüm öncəsi qüvvəmi bərpa etmək üçün vətənə gəlməli idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Dodo deyib.

 

Hazırda vətənində olan “qırmızı-qaralar”ın kapitanı Braziliya mətbuatına açıqlama verib. Dodo Avropa Liqasının qrup mərhələsinə yüksələn komandasının uğurlu nəticələr üçün mübarizə apardığını bildirib: “Həftəsonunu öz evimdə keçirməyə qərar verdim. Lakin evsiz uşaqlara yardım məqsədilə Villa Kennedidə fəaliyyət göstərən xeyriyyə layihəmə də baş çəkməyi planlaşdırıram. Layihə çərçivəsində bir sıra sosial və idman tədbirləri keçirilir. Mən orada böyümüşəm. İstəyirəm ki, bu uşaqlar həyatda nəyəsə nail olsun. Bizi çox gərgin mövsüm gözləyir. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanandan sonra mövsümlə bağlı böyük ümidlərimiz var. Əminəm ki, nəticələrimizlə hələ çox təəccübləndirəcəyik”.

 

Xəbər lenti