9 Sentyabr 11:47 “Bizi qrupda çətin oyunlar gözləyir” – Vladimir Bıstrov
FUTBOL xəbərləri 9 Sentyabr 11:47
1128 baxış

“Bizi qrupda çətin oyunlar gözləyir” – Vladimir Bıstrov

“Avropa Liqasında uğurlu çıxış etməliyik. Yaxşı qrupa düşmüşük. Bizi çətin oyunlar gözləyir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Krasnodar”ın futbolçusu Vladimir Bıstrov deyib.

 

Rusiya təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qəbələ”, Dortmund “Borussiya”sı və PAOK-la eyni qrupda mübarizə aparacaq.

 

“Krasnodar”ın saytına müsahibəsində komandasının qrupdakı şansını dəyərləndirən Bıstrov daha çox “Borussiya”dan çəkindiklərini bildirib: “Borussiya” Avrokubokların çox təcrübəli, döyüşkən komandasıdı. Şübhəsiz ki, qrupun nominal lideri onlardı. Ancaq biz də qarşımızda qrupdan çıxmaq, pley-offa yüksəlmək tapşırığı qoymuşuq. Dortmunddakı stadionda oynamaq özü ayrı ləzzətdi. Almaniyada bütün görüşlərdə möhtəşəm atmosfer olur”.

 

31 yaşlı yarımmüdafiəçi sona qədər mübarizə aparacaqlarını qeyd edib: “Döyüşəcəyik. Digər komandalar da asan rəqiblər deyillər. Ötən mövsüm qrupda bəxtimiz gətirməmişdi. İndi əlimizə şans düşüb ki, güclü olduğumuzu isbatlayaq”.

 

Qeyd edək ki, əvvəllər “Zenit”, “Spartak” (Moskva) və “Anji” klublarının da formasını geyinmiş Bıstrov 2004-2013-cü illər ərzində Rusiya yığmasının da şərəfini qoruyub. O, millinin heyətində 47 oyunda 4 qol vurub.

 

 

Xəbər lenti