9 Noyabr 19:06 “Bizim oyunçular peşəkardılar” – Zaur Svanadze
FUTBOL xəbərləri 9 Noyabr 19:06
525 baxış

“Bizim oyunçular peşəkardılar” – Zaur Svanadze

“Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində “Qəbələ” ilə səfər matçından 1:1-lik bərabərliklə ayrılan “bankirlər”in çalışdırıcısı 1 xal qazandıqları oyunu belə şərh edib: “Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar. Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydançada çox kömək edirlər. Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydançalara qayıtması üçün 3-4 ay vaxt lazımdır”.

Xəbər lenti