29 May 21:25 Blatter 5-ci dəfə FİFA prezidenti seçildi
FUTBOL xəbərləri 29 May 21:25
9037 baxış

Blatter 5-ci dəfə FİFA prezidenti seçildi

FİFA-nın 65-ci konqresi çərçivəsində prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, seçkilərin ilk turunda qalib müəyyənləşməyib.

 

Reqlamentə əsasən iki namizəddən birinin qalib gəlməsi üçün ümumi səslərin 2/3-nü toplaması lazımdı. İlk turda isə hazırkı prezident Zepp Blatter 133, Əli ibn Əl-Hüseyn isə 79 səs toplayıb.

 

Xatırladaq ki, konqresdə FİFA-ya üzv olan 209 ölkənin də nümayəndələri iştirak edir. Azərbaycanı konqresdə AFFA Prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.

 

İkinci turda isə əsas şərt kimin daha çox səs yığması olacaq.

 

Son anda daxil olan məlumata görə, Əli ibn Əl-Hüseyn ikinci tur öncəsi namizədliyini geri götürüb. Bununla da isveçrəli Blatter 5-ci dəfə FİFA prezidenti olub.

Xəbər lenti