8 Oktyabr 23:37 Bolqarıstan – Azərbaycan matçının hakimləri bəlli oldu
FUTBOL xəbərləri 8 Oktyabr 23:37
3112 baxış

Bolqarıstan – Azərbaycan matçının hakimləri bəlli oldu

Avropa Çempionatı – 2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Azərbaycan qarşılaşmasının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, matçı macar  hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Tomaş Boqnar olacaq. Ona həmyerliləri Peter Beretyan və Qabor Eros yardımçı olacaqlar.

 

Matçın 4-cü hakimi isə Teodoros Georgiu olacaq.

 

90 dəqiqə boyunca Boqnara əlavə köməkçi hakimlər qismində İşvan Vad və Jolt Şabo kömək edəcəklər.

Xəbər lenti