13 Oktyabr 10:49 Bolqarıstan – Azərbaycan oyununa maraq azdı
FUTBOL xəbərləri 13 Oktyabr 10:49
748 baxış

Bolqarıstan – Azərbaycan oyununa maraq azdı

Bolqarıstan – Azərbaycan oyununa maraq gözlənilən səviyyədə deyil. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Sofiyada baş tutacaq son görüşdə anşlaq olması gözlənilmir.

 

43 min 230 azarkeş tutumuna malik olan Vasil Levski stadionunda keçiriləcək oyuna bilet satışı zəif gedir. Üstəlik, bəzi sektorlar üçün ümumiyyətlə, bilet satışa buraxılmayıb. Bu da Bolqarıstanda Azərbaycan yığması ilə bu gün keçiriləcək görüşə marağın aşağı səviyyədə olmasından xəbər verir.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti