14 Oktyabr 08:28 "Bolqarıstan yığması yaxşı oynamadı, biz pis oynadıq" - Rahid Əmirquliyev
FUTBOL xəbərləri 14 Oktyabr 08:28
2291 baxış

"Bolqarıstan yığması yaxşı oynamadı, biz pis oynadıq" - Rahid Əmirquliyev

"Bu oyundan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Amma arzumuz həyata keçmədi". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

 

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Bolqarıstanla qarşılaşıb. Sofiyada baş tutan görüşdən komandamız 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Matçdan sonra saytımıza açıqlama verən Əmirquliyev bunları deyib: "Özümüzə bənzəmədik. Nə qədər çalışsaq da, matçın axarını dəyişmək mümkün olmadı. Məğlubiyyəti bolqarların bizdən üstün oynaması ilə əlaqələndirməzdim. Bolqarıstan yığması yaxşı oynamadı, biz pis oynadıq. Buna görə də, meydandan məğlubiyyətlə ayrıldıq. Halbuki Sofiyaya yaxşı nəticə dalınca getmişdik".

 

Əmirquliyev söhbət əsnasında komandası "Xəzər Lənkəran" haqda da fikirlərini bölüşüb. O bildirib ki, bundan sonra diqqətini "ağ-yaşıllar"ın oyunlarına yönəldəcək: "Bolqarıstana məğlubiyyəti unudub, klubumun oyunlarına köklənməliyəm. Qarşıda bizi vacib görüşlər gözləyir. Bu tur AZAL ilə qarşılaşacağıq. Bu matçdan qələbə ilə ayrılmaq lazımdı. Daha sonra isə "Kəpəz" və "Sumqayıt"la üz-üzə gələcəyik. Hər 3 qarşılaşma xallarımızın sayını artırmaq mənasında bizim üçün böyük önəm kəsb edir. "Kəpəz"lə oyun daha çətin keçəcək. Çünki onlar hazırda yaxşı forma yığıblar, üstəlik, bu matç Gəncədə keçiriləcək. İstənilən halda əlimizdən gələni edəcəyik ki, hər 3 görüşdən maksimum xalla ayrılaq. Bunu bacarsaq, turnir cədvəlində irəliləmək imkanı qazanacağıq".

Xəbər lenti