13 Noyabr 15:30 “Borussiya” 1-ci, “Qarabağ” 11-ci! Bəs "Qəbələ"?
FUTBOL xəbərləri 13 Noyabr 15:30
6166 baxış

“Borussiya” 1-ci, “Qarabağ” 11-ci! Bəs "Qəbələ"?

Avrokubokların tamaşaçı sayı üzrə rekordçuları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində 4 turdan sonra hər komanda 2 ev oyunu keçirdiyindən, öz meydanındakı orta tamaşaçı sayında liderlər müəyyənləşib.

 

Azərbaycan klubları “Qarabağ”la “Qəbələ”nin də çıxış etdiyi Avropa Liqasının aşkar lideri Almaniya “Borussiya”sıdı. Qəbələnin eyniadlı klubu ilə eyni qrupda mübarizə aparan dortmundlular tamaşaçı sayında bütün rəqiblərini arxada qoyur – 56105.

 

Qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 48 komanda arasında 2-ci göstərici Hollandiya “Ayaks”ına məxsusdu – 48223. Almaniya “Şalke”si yarışın üçüncüsüdü – 46846.

 

Azərbaycan klublarından “Qarabağ” 11-ci pillədə qərarlaşıb – 27600. “Qəbələ” isə 42-ci yerdədi – 7650. Bu da komandanın daha az tutuma malik stadionda çıxış etməsi ilə bağlıdı. Belə ki, Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu ilə “Qəbələ”nin Avropa Liqasında ev matçlarını keçirdiyi 8-ci km qəsəbə stadionu ilə müqayisədə daha çox azarkeş qəbul edə bilir.

 

Ümumilikdə isə mövsümün rekordu İngiltərə “Mançester Yunayted”ə məxsusdu. Çempionlar Liqasının ən çox azarkeş toplayan komandasının orta tamaşaçı sayı 75312-yə bərabərdi. “Borussiya”nı qabaqlayan yeganə komanda da məhz mançesterlilərdi.

Xəbər lenti