10 İyul 23:53 “Borussiya” “Çelsi”nin futbolçusu ilə anlaşdı
FUTBOL xəbərləri 10 İyul 23:53
737 baxış

“Borussiya” “Çelsi”nin futbolçusu ilə anlaşdı

“Çelsi”nin futbolçusu Andreas Kristensen Münhenqladbax “Borussiya”sına keçib. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytından xəbər verilib.

 

Belə ki, danimarkalı müdafiəçi qarşıdakı iki mövsümü icarə əsasında Münhenqladbax təmsilçisində keçirəcək.

 

Bildirək ki, bu, “Borussiya”nın bu yay etdiyi 6-cı transferdi.

 

Qeyd edək ki, 19 yaşlı futbolçu 2012-ci ildən İngiltərə nəhəngində çıxış edirdi.

Xəbər lenti