17 Oktyabr 19:43 “Borussiya”dan xal alsaq...” - Aleksey Qay
FUTBOL xəbərləri 17 Oktyabr 19:43
6336 baxış

“Borussiya”dan xal alsaq...” - Aleksey Qay

“Gördüyünüz kimi çətin oyun oldu. Buna görə də qələbəni hesabımıza yaza bilərik. Buna nail olmaq üçün çox çalışdıq”. Bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi aleksey Qay deyib.

 

Topaz Premyer Liqasının VIII turu çərçivəsində baş tutan “Neftçi” – “Qəbələ” oyunundan sonra 90 dəqiqəni şərh edən ukraynalı futbolçu komandasının yaxşı çıxış etdiyini, nəticənin isə ədalətli olduğunu vurğulayıb: “Bu gün yaxşı oynadıq. Ən azı mən belə düşünürəm. “Neftçi” zəif komanda deyil. Onlar təslim olmamaq üçün sona qədər mübarizə apardılar. Qolu da çətinliklə vurduq”.

 

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund “Borussiya”sı ilə qarşılaşmaya qalib əhval-ruuhiyyədə yollanacaqlarının müsbət məqam olduğunu gizlətməyib: “Bu, bizim “Borussiya” ilə oyuna köklənməyimiz üçün motivasiyadı. Oyuna yaxşı əhval-ruhiyədə çıxmaq vacibdi”.

 

“Borussiya”dan xal almaq üçün “Qəbələ” necə oynamalıdı” sualını Qay belə cavablandırıb: “Bunu baş məşqçimiz deyəcək. Oyuna qədər lazım olan tapşırıqları alacağıq. “Borussiya”dan xal alsaq, bunun sensasiya hesab olunub-olunmayacağını söyləyə bilmərəm. İstənilən halda, qrup mərhələsində qazanılan hər xal bizim üçün uğurdu”.

Xəbər lenti