2 Noyabr 11:21 “Borussiya”nın 2 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
FUTBOL xəbərləri 2 Noyabr 11:21
5172 baxış

“Borussiya”nın 2 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Almaniya Bundesliqasının XI turunda “Verder” üzərində səfər qələbəsi (3:1) qazanan Dortmund “Borussiya”sı Avropa Liqası çərçivəsində “Qəbələ” ilə keçiriləcək qarşılaşmanın hazırlığına başlayıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Tuhel hazırda 2 oyunçunun xidmətindən məhrumdu.

 

Bunlar cinah müdafiəçisi Erik Durm və türkiyəli yarımmüdafiəçi Nuri Şahindi. Hər iki oyunçunun “Qəbələ” ilə qarşılaşmanı buraxacağı artıq dəqiqdi. Zədədən qayıtdıqdan sonra bərpa prosesi keçən Nuri hazırda yalnız yüngül fiziki məşqlərlə kifayətlənir. Dizindəki zədədən əziyyət çəkən Durm isə, ümumiyyətlə noyabrda yaşıl meydanlara çıxa bilməyəcək. Klubun həkimləri Almaniya yığmasının üzvünün ən yaxşı halda dekabrdan kollektivə qoşula biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, “Borussiya” – “Qəbələ” oyunu noyabrın 5-də “Siqnal İduna Park”da keçiriləcək.

Xəbər lenti