11 Noyabr 12:11 “Borussiya”nın futbolçusu millimizə qarşı oynamayacaq - FOTO
FUTBOL xəbərləri 11 Noyabr 12:11
534 baxış

“Borussiya”nın futbolçusu millimizə qarşı oynamayacaq - FOTO

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Dortmund “Borussiya”sının futbolçusu Yulian Vayql sıradan çıxıb. Apasport.az Almaniyanın kicker.de saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu səbəbdən yığmamızla görüşü buraxacaq.

 

Məsələ burasındadı ki, Almaniyanın 21 yaşadək futbolçulardan ibarət millisi Avro-2017-nin seçmə mərhələsi çərçivəsində 2 gün sonra Azərbaycanla qarşılaşacaq. Vayql dizindən zədə aldığı və hazırda Vestfaliyada müalicə olunduğu üçün bu görüşdə iştirak etməyəcək.

 

Millimizlə noyabrın 13-də keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək Vayqlın Avstriya ilə görüşə kimi hazır vəziyyətə gətiriləcəyi bildirilir. 

 

Qeyd edək ki, yayda “Borussiya”ya transfer olunan Vayql bu ildən Almaniyanın U-21 yığmasının şərəfini qoruyur. 

Xəbər lenti