20 Sentyabr 21:52 "Böyük oyun"da qalib müəyyənləşmədi - YENİLƏNİB
FUTBOL xəbərləri 20 Sentyabr 21:52
16307 baxış

"Böyük oyun"da qalib müəyyənləşmədi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında V turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün ilk qarşılaşması Gəncədə baş tutub.

 

İki illik fasilədən sonra Premyer Liqaya dönən “Kəpəz” ötən mövsümün çempionu “Qarabağ”la qarşılaşıb.

 

UEFA Avropa Liqasındakı “Tottenhem”lə oyundan sonra əlavə yol yorğunlu yaranmasın deyə Londondan birbaşa Gəncəyə yola düşən ağdamlılar çətin qərb səfərindən itkisiz dönərək liderliyini davam etdirmək istəyirdi.

 

Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada 5 qol vurulub. Ağdamlılar 3:2 hesablı qələbə qazanaraq liderliyini davam etdiriblər.

 

Günün ikinci matçında isə azarkeşlər mövsümün ilk “Böyük oyun”u izləyiblər. Turun mərkəzi qarşılaşması “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçirilib.

 

Çox gərgin mübarizə şəraitində baş tutan oyunda azarkeşlər futbol adına hər şeyə şahidlik etdilər. Matç qırmızı vərəqə, penalti, qollar, təhlükəli epizodlar baxımından kasad olmadı.

 

Ancaq meydan sahibləri "Xəzər Lənkəran"ın azlıqda qalmasından istifadə edə bilməyiblər.

 

Araz Abdullayev hesabı açsa da, iki dəqiqə sonra Rahid Əmirquliyev cavab qolunu vurub. Hər iki komanda meydandan bir xalla ayrılıb.

 

Topaz Premyer Liqası

V tur

 

20 sentyabr (bazar)

 

“Neftçi” – “Xəzər Lənkəran” - 1:1

Qollar: Araz Abdullayev, 57 - Rahid Əmirquliyev, 59

Vurulmayan penalti: Araz Abdullayev, 4 (qapıçı)

Qırmızı vərəqə: Skarlatake, 56 (ikinci sarı)

 

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Bakcell Arena”

 

“Neftçi”: 24. Miçail Peskoviç, 4. Rahil Məmmədov, 5. Melli, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta,  27. Məqsəd İsayev

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue, 21. Samir Mütəllimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov

Baş məşqçi: Samir Əliyev

 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qadirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 72. Elvin Mirzəyev

Baş məşqçi: Yunis Hüseynov

 

 

 

“Kəpəz” – “Qarabağ” - 2:3

Qollar: Bəxtiyar Soltanov, 49, Şəhriyar Rəhimov, 90 - Coşqun Diniyev, 38 (pen.), Armenteros, 50, Elvin Məmmədov, 75 (pen.)

 

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev

Gəncə şəhər stadionu

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 77. Ziyabil Məmmədov 

Baş məşqçi: Şahin Diniyev

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev 

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov, 90. Samuel Armenteros

Baş məşqçi: Qurban Qurbanov

 

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

"Qarabağ"

5

4

1

0

10-5

13

2

"İnter"

5

3

1

1

4-3

10

3

"Zirə"

5

2

3

0

4-2

9

4

"Neftçi"

5

2

2

1

6-4

8

5

"Qəbələ"

4

2

1

1

6-4

7

6

"Xəzər Lənkəran"

5

1

3

1

5-4

6

7

"Kəpəz"

5

1

2

2

4-5

5

8

"Sumqayıt"

4

0

3

1

2-3

3

9

"Rəvan"

5

0

2

3

4-8

2

10

AZAL

5

0

0

5

0-7

0

 

Bombardir: Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 3 qol

Xəbər lenti