28 Oktyabr 15:01 Böyükağa Hacıyev: 2-3 variant var, hansı xoşuma gəlsə, ora gedəcəm
FUTBOL xəbərləri 28 Oktyabr 15:01
6269 baxış

Böyükağa Hacıyev: 2-3 variant var, hansı xoşuma gəlsə, ora gedəcəm

“Ölkə xaricinə yollanmaq fikrindən hələ də vaz keçməmişəm. Qış fasiləsində bu məsələyə aydınlıq gələcək”. Bunu apasport.az saytına Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

“Neftçi”nin sabiq çalışdırıcısı məşqçiliyə dönməkdə israrlıdı. Hacıyev bir müddət əvvəl saytımıza açıqlamasında Rusiya və İranın yüksək liqa klublardan təkliflər aldığını bildirmişdi. 57 yaşlı mütəxəssis gələn ilin yanvarından bu iki ölkədən birində işləyəcəyini bildirib: “Dekabrı gözləyirik. Demək olar ki, bir ay vaxt qalıb. Menecerlər hazırda bu məsələ ilə maraqlanırlar. 2-3 variant var, hansı xoşuma gəlsə, ora gedəcəm”.

 

O, İrandan təklif alan digər azərbaycanlı məşqçi Arif Əsədovun qonşu ölkədə işləmək perspektivinə də münasibət bildirib. Vaxtilə “Maşinsazi” (2003/04) və “Traktorsazi”də (2004/05) fəaliyyət göstərmiş Hacıyev həmkarının İranda çalışa biləcəyini düşünür: “İranda işləmək çox ağırdı. Azərbaycandan qat-qat çətindi. Hətta Avropanın əksər ölkələrindən də. Amma igid oğul baxmaz dayısına, harda olsa qılınclayıb keçər. Arif müəllimə də ancaq uğurlar arzu edirəm. İnanıram ki, orda bacarar”.

 

Qeyd edək ki, Böyükağa Hacıyev məşqçilik karyerası ərzində “Araz Naxçıvan”, “Standard” və “Bakı”nı da çalışdırıb.

Xəbər lenti