17 Avqust 08:23 Branimir Subaşiç 90 dəqiqə oynadı, “7” aldı
FUTBOL xəbərləri 17 Avqust 08:23
435 baxış

Branimir Subaşiç 90 dəqiqə oynadı, “7” aldı

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç Serbiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu şərəfini qoruduğu OFK-nın heyətində “Yavor”la səfər matçında iştirak edib. VI turun qarşılaşması Branimir və komandası üçün uğursuz alınıb. Belə ki, hesabında 6 xal olan Belqrad təmsilçisi 4-cü məğlubiyyətini alıb – 0:2. Subaşiç bu qarşılaşmada 90 dəqiqə meydanda olub. Serbiya mətbuatı onun oyununu 7 xalla dəyərləndirib. Bu, onun OFK-da ikinci oyunu olub ki, hücumçunun hesabında 1 qol var. Qeyd edək ki, OFK bu məğlubiyyətdən sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti