15 Avqust 16:04 Branimir Subaşiç: Klubun hazırkı durumu da üzücüdü
FUTBOL xəbərləri 15 Avqust 16:04
884 baxış

Branimir Subaşiç: Klubun hazırkı durumu da üzücüdü

“Serbiya Superliqasında çox vacib qələbə qazandıq. Bu qələbəyə qolla töhfə verdiyim üçün şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç deyib.

 

Belqradın OFK klubunda çıxış edən 33 yaşlı hücumçu yeni komandasındakı ilk qarşılaşmasında qol hesabını açıb. V turun “Radnik”lə qarşılaşmasında sonradan meydana girən Branimir komandasının son qolunu vurub, böyükhesablı qələbəni rəsmiləşdirib – 3:0. Futbolçumuz debüt matçında fərqlənməsi ilə yanaşı, vaxtilə şərəfini qoruduğu “Srvena Zvezda”nın durumundan da danışıb: “Qol epizodunda qapıçı ilə müdafiəçi arasında anlaşılmazlığın olduğunu hiss etdim və bu boşluqdan yararlandım. “Srvena Zvezda”da çıxış etdiyim vaxt özümü göstərə bilmədiyim üçün məyusam. Bu klubun hazırkı durumu da üzücüdü. Amma əminəm ki, klub pis günlərini arxada qoyub, əvvəlki şöhrətini qaytaracaq. Ümid edirəm ki, özəlləşmə problemi həll edəcək. Kluba yaxşı rəhbər lazımdı. Məni pis başa düşməsinlər. “Srvena Zvezda”da yaxşı günlər keçirmişəm və bu kluba yalnız uğur arzulaya bilərəm”.