7 İyul 11:10 Branimir Subaşiç paytaxt klubunda
FUTBOL xəbərləri 7 İyul 11:10
6477 baxış

Branimir Subaşiç paytaxt klubunda

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, milliləşən serbiyalı hücumçu yenidən vətənində çıxış edəcək.

 

Belə ki, 33 yaşlı futbolçu Belqradın OFK klubu ilə ilkin razılıq əldə edib. Subaşiç bu günlərdə yeni komandasına qoşulacaq.

 

Əsasən gənclərdən təşkil olunan paytaxt təmsilçisi Subaşiç kimi təcrübəli futbolçunu heyətinə qatmaqla ön xətti gücləndirmək niyyətindədi. Həm də gənclərlə təcrübəlilərin sintezini yaratmaq fikrində olan OFK rəhbərliyi bu istəyini Branimirlə gerçəkləşdirmək arzusundadı.

 

Qeyd edək ki, millimizdə 40 oyuna 7 qol vuran Subaşiçin son klubu Türkiyə təmsilçisi “Manisaspor” olub. Bunadək isə Branimir vətənində “Jeleznik”, “Sremniçka”, “Srvena Zvezda”, Belçikada “Ostende”, Ukraynada “Çernomorets”, Rusiyada “Amkar”, Fransada “Bove”, Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, Çində “Çançun Yatay”, Türkiyədə “Orduspor”un şərəfini qoruyub.

Xəbər lenti

Xəbər lenti