10 Avqust 00:10 “Bu cür dəyişiklik təsirsiz ötüşmür” – Kaue
FUTBOL xəbərləri 10 Avqust 00:10
4050 baxış

“Bu cür dəyişiklik təsirsiz ötüşmür” – Kaue

Karyerası ərzində ilk dəfə “Kəpəz”ə qarşı oyun keçirən “Neftçi”nin yarımmüdafiəçisi Kaue matç başa çatdıqdan sonra “mix-zona”da apasport.az saytının əmkdaşının da suallarını cavablandırıb.

 

- Oyunun bu cür başa çatacağını gözləyirdinizmi?

- Xeyr, inanmırdıq ki, ilk oyunumuz bu cür başa çatsın. Qələbə qazanmaq istəyirdik. Rəqib komanda yaxşı müdafiə olunurdu, zonaları bağlayırdı. “Kəpəz”in müdafiə xəttinin inamlı çıxışı, bizim hücumçuların isə səhvlərə yol verməsi matçın bu cür yekunlaşmasına səbəb oldu.

 

- “Kəpəz” haqda məlumatınız var idi?

- Rəqib haqda heç nə bilmirdik. Amma onların bizə qarşı aqressiv oynayacaını gözləyirdim. Burda olduğum müddətdə bütün komandaların “Neftçi”yə qarşı bu cür oynadıqlarını görmüşəm. Bilirlər ki, bizim heyətimizdə texnikalı futbolçular var. Onlara imkan verilsə, daha yaxşı oynaya bilərik.

 

- Avropa Liqasının şokunu ata bilmisinizmi?

-  Avropa Liqası keçmişdə qalıb. Komandamız tamamilə yenilənib. Gənc futbolçular, yeni məşqçi, rəhbərlik, hətta həkimimiz belə dəyişib. Bu cür dəyişiklik də təsirsiz ötüşmür.

 

- Bu gün hücum xətti “dişsiz” görünürdü. Problem nədə idi?

- Hansısa futbolçu haqda yox, ümumi danışmaq istəyirəm. Bəzən mən də hücumda çıxış edirəm. Şanslarımız var idi, amma niyəsə alınmadı.

 

- Bu cür başlanğıc, belə oyun “Neftçi”nin gələcəyi ilə bağlı nə vəd edir?

- Razı qaldığım və qalmadığım məqamlar var. Futbldu, işləmək lazımdı. İtirdiyimiz xalları bu dəfə səfərdə qazanmalıyıq.