10 Avqust 22:31 “Bu, istənilən komanda üçün ağırdı” – Aqil Məmmədov
FUTBOL xəbərləri 10 Avqust 22:31
654 baxış

“Bu, istənilən komanda üçün ağırdı” – Aqil Məmmədov

“Cari çempionatın ilk oyununa çıxdıq. Bu, istənilən komanda üçün ağırdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Topaz Premyer Liqasının açılış turunda Bakıda “Rəvan”la qarşılaşan (0:0) “kimyaçılar”ın çalışdırıcısı oyun haqqında fikirlərini bildirib:

 

“Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Xəbər lenti