15 Oktyabr 14:36 “Bu komandanın böyük potensialı var” - Robert Prosineçki
FUTBOL xəbərləri 15 Oktyabr 14:36
1930 baxış

“Bu komandanın böyük potensialı var” - Robert Prosineçki

“Vaxtilə uğurları üçün çalışdığım Xorvatiya millisini təbrik edirəm. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq yaxşı nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiya mətbuatına açıqlama verən mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruyub, Slaven Biliçin çalışdırıcılığı dövründə köməkçi-məşqçisi olduğu yığma haqda fikirlərini bildirib. Prosineçki Xorvatiya millisinin potensialının böyüklüyündən danışıb: “Xorvatiya yığmasında fərdi ustalığı yüksək səviyyədə olan futbolçular çıxış edir. Bu komandanın böyük potensialı var. Düşünürəm ki, komandanın ən yaxşı oyununu göstərəcəyi anı gözləmək lazımdı. Yığmanın Fransada uğur qazanıb-qazanmayacağını söyləyə bilmərəm. Amma Xorvatiya millisi əvvəllər olduğu kimi yenə çox güclüdü”.

 

Qeyd edək ki, Prosineçki 1991-2002-ci illərdə formasını geydiyi Xorvatiya yığmasında DÇ-1998-in bürünc mükafatçısı olub. 2006-10-cu illərdə bu komandadan məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 2014-cü ilin dekabrından Azərbaycan millisinə rəhbərlik edir.

Xəbər lenti