8 Oktyabr 12:02 “Bu nəticə Azərbaycanla matça da təsir edəcək”
FUTBOL xəbərləri 8 Oktyabr 12:02
438 baxış

“Bu nəticə Azərbaycanla matça da təsir edəcək”

“Bolqarıstanla oyunda 3 xal üçün əlimizdən gələni edəcəyik. Rəqib də doğma azarkeşlər önündə bizi məğlub etmək istəyəcək. Amma buna imkan vermək istəmirik”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya milli komandasının futbolçusu Vedran Çorluka deyib.

 

AVOR-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan xorvatların müdafiəçisi Bolqarıstan və Azərbaycana qarşı keçirəcəkləri oyunlardan danışıb: “Mən düşünürəm ki, bizi səfərdə çətin qarşılaşma gözləyir. Fikrimcə, Avropa çempionatına getmək üçün taleyimiz məhz İtaliya, Bolqarıstan və Norveçlə oyunlarda həll olunacaq. Məhz bu komandalar üzərində qazanacağımız qələbələr bizim üçün önəmli olacaq. Bolqarıstana qarşı yaxşı motivasiya olmalıyıq. Çünki ilk oyunda qazanacağımız nəticə Azərbaycanla matça da təsir edəcək. Heç bir komandanı siyahıdan silmirik. Hamısı ciddi və təhlükəli rəqiblərdir. İnanıram ki, ardıcıl iki oyunda qalib gəlib Fransaya gedən yolda böyük addım atmış olacağıq”.

 

Xəbər lenti