18 Oktyabr 16:22 “Bu oyun üçün belə bir istək zarafat kimi görünür” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 18 Oktyabr 16:22
5101 baxış

“Bu oyun üçün belə bir istək zarafat kimi görünür” – Roman Qriqorçuk

“Bu gün çox böyük gündür. Azərbaycan Respublikasının müstəqillik günüdür. Mən çox böyük səmimiyyətlə Azərbaycan xalqını, hər kəsi, həm də bizim azarkeşlərimizi təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

“Qəbələ” futbol klubunun azarkeşlərlə və media nümayəndələri ilə keçirdiyi görüşdə iştirak edən ukraynalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb: “Futbola gəlincə isə, bütün işlərimizi azarkeşlər üçün görürük. Futbolu onlar üçün oynayırıq. Qarşıda bizi çox böyük oyun gözləyir. Avropanın ən güclülərindən olan bir komandaya qarşı oynayacağıq. Çox istərdik ki, bu matçda hər kəsi meydanda görək. Əsas məqsədimiz odur ki, azarkeşlər razı qalsınlar”.

 

- Yəqin ki, 5:0 hesablı qələbə arzusunu hələlik, bu oyun üçün təxirə salmısınız, yoxsa davam edir?

- Xeyr, 5:0 hesablı qələbəni biz həmişə arzulayırıq. Həmişə bu istək bizimlədi. Düzdü, bu oyun üçün belə bir istək bir az zarafat kimi görünür, ancaq mən sizi əmin edirəm ki, biz gördüyümüz işlərlə bu səviyyədəki oyunlarda 5:0 hesablı qələbə qazana biləcək komanda formalaşdıracağıq.

 

- Ukrayna yığmasına keçəcəyiniz haqqında söhbətlər gəzir...

- Belə söhbətlər həmişə olur. Mən bu cür suallara heç vaxt şərh vermirəm. Çünki işlədiyim komandaya və klubun rəhbərliyinə çox böyük hörmətim var. Mən bu klubu sevirəm, ona görə də, bütün bu danışıqları, bu söhbətləri bir kənara qoymaq lazımdı. Bütün diqqətimi bu komanda ilə nəticə qazanmağa yönəltmişəm.

 

- Qarşıdakı “Borussiya” ilə oyunda sürprizə imza atmaq üçün nə baş verməldi?

- Bunun üçün bir çox nüanslar var ki, bir-birindən asılıdı. Qələbə qazanmaq üçün bizə inam olmalıdı. Eyni zamanda komanda da meydana inanaraq çıxmalıdı. Daha çox əziyyət çəkməliyik. Həmin oyunda olduğumuzdan, bacardığımızdan daha çox şey göstərməliyik. Həmin gün bizim günümüz olmalıdı.

Xəbər lenti