28 Avqust 22:42 “Bu oyunlar bizə əvəzsiz təcrübə qazandıracaq” – Bədavi Hüseynov
FUTBOL xəbərləri 28 Avqust 22:42
10200 baxış

“Bu oyunlar bizə əvəzsiz təcrübə qazandıracaq” – Bədavi Hüseynov

“Çox çətin qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsində “Tottenhem”, “Anderlext” və “Monako” ilə birlikdə mübarizə aparacaq ağdamlıların müdafiəçisi UEFA-nın rəsmi saytına verdiyi açıqlamada qrup mərhələsindəki qarşılaşmalar haqqında fikirlərini bildirib:

 

“Bütün rəqiblərimiz olduqca tanınmış və güclü komandalardı. Bu cür oyunlar bizə əvəzsiz təcrübə qazandıracaq. Çalışacağıq ki, Azərbaycanı layiqincə təmsil edək və qrupu bacara bildiyimiz qədər yaxşı yerdə bitirək”.

Xəbər lenti