24 Avqust 09:37 “Bu, “Qəbələ” üçün üstünlükdü” – “Panatinaikos”un yarımmüdafiəçisi
FUTBOL xəbərləri 24 Avqust 09:37
2159 baxış

“Bu, “Qəbələ” üçün üstünlükdü” – “Panatinaikos”un yarımmüdafiəçisi

“Qəbələ” ilə ilk oyun hər iki komandanın bir-birini tanıması baxımından önəmli idi. Cavab matçı üçün rəqiblə bağlı artıq heç bir sual işarəsi yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un yarımmüdafiəçisi Yens Vemmer deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 27-də “Qəbələ”ni qəbul edəcək Afina təmsilçisi qələbə qazanmaq əzmindədi.

 

Yunan klubunun almaniyalı futbolçusunun fikrincə, onlar bu cütlüyün favoritidi: “Qəbələ”nin ölkə çempionatına, həmçinin Avrokubok mövsümünə erkən başlaması onlar üçün üstünlükdü. Çünki artıq oyunlarını tapıblar. Biz isə Yunanıstan çempionatında ilk tur görüşünə bu gün çıxacağıq. “Panetolikos”la bugünkü oyun “Qəbələ” ilə görüş öncəsi çox vacibdi. Qələbə qazanıb, pley-off matçına daha yüksək əhvali-ruhiyyədə çıxmaq istəyirik. “Qəbələ”nin nəyə qadir olduğunu, demək olar ki, bilirik. Düzdü, möhkəm komandadı və fərdi baxımdan bacarıqlı oyunçuları var. Amma məncə, biz daha güclüyük. Öz oyunumuzu göstərə bilsək, qrup mərhələsinə vəsiqə qazanacağımıza şübhə etmirəm. Ümumiyyətlə, biz bütün oyunlara qalib gəlmək üçün çıxırıq. Əgər mövsüm ərzində əksər matçlarda qələbə qazana bilsək, titul özü gələcək. Azarkeşlərin də bizdən hər görüşdə qələbə gözlədiklərini bilirik”.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” matçı avqustun 27-də Afinada keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

Xəbər lenti