9 Oktyabr 12:55 Buffon yubiley oyununa Bakıda çıxacaq
FUTBOL xəbərləri 9 Oktyabr 12:55
566 baxış

Buffon yubiley oyununa Bakıda çıxacaq

Avro-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə sabah keçiriləcək oyun İtaliya millisinin qapıçısı Canluici Buffon üçün xüsusi əhəmiyyət daşıyır. Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper yubiley matçına Bakı Olimpiya Stadionunda çıxacaq.

 

Maraqlıdı ki, Buffon Bolqarıstanla sentyabrın 6-da baş tutan qarşılaşmada 150-ci dəfə “Skuadra Adzurra”nın formasını geyinib. Ulduz futbolçu bunu komanda yoldaşları ilə birlikdə qeyd etmişdi. Lakin FİFA bununla razı deyil. Ali futbol qurumu Buffonun iştirak etdiyi yoxlama görüşlərindən birini beynəlxalq oyun kimi qəbul etməyib. Bu səbəbdən də qolkiper 150-ci matçını rəsmən Azərbaycanla oyunda qeyd edəcək.

 

Qeyd edək ki, Buffon 1997-ci ildən İtaliya yığmasına çağırılır.

Xəbər lenti