8 Oktyabr 12:40 “Buna ümid edənləri sevindirə bilməyəcəm” - Aniete
FUTBOL xəbərləri 8 Oktyabr 12:40
845 baxış

“Buna ümid edənləri sevindirə bilməyəcəm” - Aniete

“Bolqarıstana bəzi sənədləri düzəltməyə getmişdim və fürsətdən istifadə edərək “Levski”nin oyununa baxdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin ispaniyalı futbolçusu Antonio Salas Quinta deyib.

 

Aniete kimi tanınan hücumçu əvvəllər şərəfini qoruduğu Bolqarıstan “Levski”sinə qayıdışı ilə bağlı xəbərlərə münasibət bildirib. O, 2015-ci ilin yayında keçdiyi “Neftçi”dən ayrılmağa tələsmədiyini vurğulayıb: “Çünki futbol oynamağı sevdiyim kimi, baxmağı da sevirəm. Amma mən “Levski”yə qayıtmaq barəsində heç kimlə nə danışıq aparmışam, nə də söhbət etmişəm. Mənə iki dəfə yaxınlaşıb müsahibə almaq istəsələr də razılaşmadım. Bolqarıstan mediasında yer almış açıqlamalar isə həqiqəti əks etdirmir. Konkret deyim ki, “Levski”yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm. “Neftçi”də xoşbəxtəm. Məşqçilər, komanda yoldaşlarım və rəhbərlik mənə böyük etimad göstərir, Azarkeşlərimiz isə sadəcə möhtəşəmdi. Mən bu etimadı doğrultmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm”.

 

Qeyd edək ki, ötən mövsüm “Levski”də 14 dəfə fərqlənən Aniete Bakı klubunda qol hesabını aça bilməyib.

Xəbər lenti