10 Avqust 10:43 Bundesliqa klubunun avtobusu güllələndi - FOTO
FUTBOL xəbərləri 10 Avqust 10:43
570 baxış

Bundesliqa klubunun avtobusu güllələndi - FOTO

Bundesliqa təmsilçisi “Herta” klubu şok olayla üzləşib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Berlin klubunun avtobusuna silahlı hücum olub.

 

Almaniya Kuboku çərçivəsində “Arminiya” ilə oyun üçün Bilefeld şəhərinə yollanan komandanın avtobusuna orda bir neçə atəş açılıb. Xoşbəxtlikdən həmin vaxt futbolçular avtobusda olmayıb. Dərhal hadisə yerinə gələn yerli polis bununla bağlı araşdırmaya başlayıb.

 

Qeyd edək ki, “Herta” Almaniya Kubokunun 1/32 final mərhələsi çərçivəsində bu gün “Arminiya” ilə səfərdə qarşılaşacaq.

Xəbər lenti