12 Noyabr 09:41 “Burdan qurtulmaq üçün Azərbaycanı məğlub etməliyik” – Federasiya prezidenti
FUTBOL xəbərləri 12 Noyabr 09:41
2307 baxış

“Burdan qurtulmaq üçün Azərbaycanı məğlub etməliyik” – Federasiya prezidenti

“Azərbaycanla matça yalnız qələbə qazanmaq üçün yollanacağıq. Reytinqdəki yerimizi düşünməməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.

 

Moldova yığması noyabrın 17-də yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisinin qonağı olacaq. FİFA-nın son reytinq cədvəlində 22 pillə düşərək, 154-cü yerə yuvarlanan rəqib komandanın futbolçuları bundan narahatdı.

 

Həmçinin federasiya rəsmiləri də hazırkı mövqelərindən məmnun deyil. Pavel Çebanu da bu pillədən tezliklə qurtulmağın vacibliyini vurğulayıb: “Biz reytinqdə hələ 37-ci pillədə olanda demişdim ki, bu, real göstərici deyil. Düzdü, 37-ci yerdə idik, amma bilirdik ki, ora layiq deyilik. Ancaq hazırkı yerə də layiq deyilik. Burdan qurtulmaq üçün ilk növbədə Azərbaycanı məğlub etməliyik. Təəssüf ki, ölkəmizdə mentalitet gənc nəslin futbol biliyinin inkişaf etməsinə mane olur. Kompüterləri bir kənara atmaq lazımdı. Onlar yalnız məktəbdə imtahan verəndə lazım olur. Orda isə heç kim səni görmür. Amma meydançada hamı səni izləyir. Burda düşünmək lazımdı. Kompüter meydançada futbolçunun əvəzinə düşünə bilməz”.

 

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti