11 Noyabr 21:05 “Çalışacağıq bu itkinin yerini dolduraq” – Şahin Diniyev
FUTBOL xəbərləri 11 Noyabr 21:05
644 baxış

“Çalışacağıq bu itkinin yerini dolduraq” – Şahin Diniyev

“Biz Darionun arxasındayıq, ona uğurla əməliyyat olunmasını, tezliklə “Kəpəz”in düşərgəsinə dönməsini arzulayırıq. Klubumuzun rəhbərliyi, komanda yoldaşları və mən baş məşqçi kimi ona dayaq durmuşuq, bundan sonra da dəstək verəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Təcrübəli məşqçi  kapazpfc.az saytına açıqlamasında Dario Frederikonun zədələnməsinə münasibət bildirib: “Bu futboldur, idmanda belə hallar olur. Biz buna normal baxıb qarşılamalıyıq. Dario komandamızın bütün gücü olmasa da, doğrudan da bizim üçün böyük qüvvə idi. Hücumlarda komandaya sürəti və texnikası ilə dəstək verən futbolçudur. Mənə elə gəlir ki, onu əvəz edən yetərincə oyunçumuz olacaq”.

 

Şahin Diniyev “Kəpəz”in bir futbolçudan asılı olmadığını və komandanın kollektiv oyuna üstünlük verdiyini vurğulayıb: “Frederikonun yeri görünəcək, amma çalışacağıq ki, bu itkinin yerini dolduraq. “Kəpəz”in oyun sistemi var və bu sistemdə oynaya biləcək futbolçular heyətə cəlb olunub. Komandamız kollektiv futbol oynayır, bizdə oyunun taleyini təkbaşına həll edəcək futbolçu yoxdur. Kollektiv var və bu kollektiv də Darionun yoxluğunu büruzə verməyəcək”.

Xəbər lenti