30 İyul 14:34 “Çalışacam ki, daim əsas heyətdə yer alım” - FOTO
FUTBOL xəbərləri 30 İyul 14:34
843 baxış

“Çalışacam ki, daim əsas heyətdə yer alım” - FOTO

“Qəbələ”də məni çətin rəqabətin gözlədiyini bilirəm. Lakin indi bu haqda düşünmürəm. İlk növbədə əvvəlki formamı bərpa etməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı David Pietrzkieviç deyib.

 

2013/14 mövsümündə də “qırmızı-qaralar”ın şərəfini qoruyan polşalı qolkiper yenidən sabiq komandasına qayıdıb. Ölkəmizi tərk edəndən sonra klubsuz olan David Polşa mətbuatına açıqlama verib. O, yenidən komandanın əsas qapıçı olmaq üçün mübarizə aparacağını bildirib: “Düzdü, Azərbaycandan gedəndən sonra klubsuz idim. evimə yaxın yerdə futbol oynamaq istədiyim üçün Polşaya qayıtmışdım. Vətənimdə bir neçə klubun düşərgəsində olub, onlarla danışıqlar apardıq. Hətta ilkin razılıq əldə etdiyim də olmuşdu. Lakin sonradan ortaq məxrəcə gələ bilmədik. Nəticədə ötən mövsümü boşa verdim. İndi isə yenidən Azərbaycanda forma geyinəcəm. Əvvəlki formamı qaytarmaq üçün əlimdən gələni edəcəm. Çalışacam ki, daim əsas heyətdə yet alım”.

 

Qeyd edək ki, Pietrzkieviç 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Premyer Liqada 9 oyun keçirib.

Xəbər lenti

Xəbər lenti