19 Sentyabr 22:45 “Çatışmazlıqları aradan qaldırmalıyıq” – Adil Şükürov
FUTBOL xəbərləri 19 Sentyabr 22:45
526 baxış

“Çatışmazlıqları aradan qaldırmalıyıq” – Adil Şükürov

“Əzmkar oyuna görə futbolçularımı təbrik edirəm. Oyundan oyuna irəliləyiş var. Bunun fonunda çatışmazlıqlarımız da mövcüddur ki, onu aradan qaldırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının V turu çərçivəsində “Rəvan”ı məğlub edən debütantın baş məşqçisi qarşılaşma haqqında fikirlərini bölüşüb:

 

“Oyun zamanı bizə dəstək olan azarkeşlərə minnətdaram. Matçın gedişində futbolçularım arasında mübahisə olmadı, sadəcə olaraq, biri-birini eşitmədilər. Çox qol vəziyyəti yaratsaq da, bunların yalnız ikisindən istifadə edə bildik. Düşünürəm ki, yaxşı futbol oynayıb, qələbə qazandıq. “Rəvan” da pis oynamadı. Düşünürəm ki, qısa zamanda “Rəvan” mübariz komanda kimi formalaşıb”.

Xəbər lenti