10 İyul 11:10 Cavid Hüseynovun qələbə şərhi
FUTBOL xəbərləri 10 İyul 11:10
1134 baxış

Cavid Hüseynovun qələbə şərhi

“Oyuna diqtə edən tərəf biz idik. 90 dəqiqə ərzində rəqib sanki ayağımızın altında sürünürdü”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə qarşılaşan “Qəbələ” səfərdəki məğlubiyyətin (1:2) revanşını alıb. Matçın sonlarında 2 cavabsız qol vuran “qırmızı-qaralar” II mərhələyə vəsiqə qazanıblar.

 

Cavid Hüseynov cütün taleyinin əslində Tiflisdə həll edilməli olduğunu vurğulayıb: “Onlar öz meydançalarında bəxt sayəsində qələbə qazandılar. Həm də komandamız yeni-yeni formlaşır və məğlubiyyətdə bunun da rolu var. Ancaq biz də öz meydançamızda istəyimizi reallaşdırdıq. Bütün ölkəmiz gördü ki, onları necə “əzdik”.

 

Yarımmüdafiəçi oyun zamanı stadionda müxtəlif pankatların açıldığından xəbərsiz olduqlarını da vurğulayıb: “Oyun başlayan zaman bütün diqqətimizi meydançadakı mübarizəyə yönəldirik. Bu üzdən tribunada nələrin baş verdiyini bilmirik. Matç başa çatdıqdan sonra eşitdik ki, azarkeşlərimiz pankartlar açıblar. Bu, azarkeşlərin işidi, bir söz deyə bilmərəm”.