21 Fevral 00:01 Cavid İmamverdiyev oynadı, “Elazığspor” darmadağına sevindi
FUTBOL xəbərləri 21 Fevral 00:01
412 baxış

Cavid İmamverdiyev oynadı, “Elazığspor” darmadağına sevindi

Türkiyə PTT I Liqasında XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor” səfərdə meydana çıxıb.

 

Təmsilçimizin komandası autsayder “Orduspor”la qarşılaşıb. Görüşdə Elazığ klubu 1:6 hesabı ilə qalib gəlib.

 

Ötən tur “Şanlıurfaspor”la matçda adı “18-liy”ə daxil edilməyən İmamverdiyev bu dəfə meydana start heyətdə daxil olub. Futbolçumuz sona qədər mübarizə aparıb.

 

Qeyd edək ki, bu qələbədən sonra “Elazığspor” xalını 27-yə çıxarıb və turnir cədvəlində müvəqqəti də olsa, 10-cu pilləyə yüksəlib.