12 İyul 18:19 Cavid İmamverdiyev “Sabah”da
FUTBOL xəbərləri 12 İyul 18:19
355 baxış

Cavid İmamverdiyev “Sabah”da

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” yeni futbolçu ilə gücləndirib. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Sumqayıt”la danışıqlardan sonra Cavid İmamverdiyevin keçidi ilə bağlı razılıq əldə edilib.

 

Azərbaycan millisinin yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Cavid keçidi barədə klubun mətbuat xidmətinə açıqlama verib: “Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Premyer Liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdır”.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın uğurları üçün çalışıb. Cavid Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi 6 qarşılaşmanın hamısında şans qazanıb.

 

Xəbər lenti