11 Noyabr 20:27 “Çelsi” futbolçuları tələb edirlər: Droqba geri dönsün!
FUTBOL xəbərləri 11 Noyabr 20:27
892 baxış

“Çelsi” futbolçuları tələb edirlər: Droqba geri dönsün!

“Çelsi”li futbolçular komandanın keçmiş hücumçusu Didye Droqbanın geri dönməsini istəyirlər. Apasport.az saytının məlumatına görə, bu barədə “The Sun” qəzeti xəbər yayıb.

 

Klubdakı mənbədən qəzetə verilən məlumatda deyilib ki, 37 yaşlı futbolçu komandada olduğu müddətdə əsl kapitan kimi bütün futbolçularla əla münasibətdə idi və klub daxilində əhval-ruhiyyənin yüksək saxlanmasında əvəzsiz xidməti var idi. Bir neçə dildə danışmağı bacaran Droqba əksər millətlərdən olan komanda üzvləri ilə yaxşı yola gedə bilirdi.

 

Buna görə də, xüsusilə də, “zadəganlar”ın təcrübəli üzvləri hazırda Amerika Liqasında çıxış edən afrikalı futbolçunun qış transfer pəncərəsi zamanı komandaya geri qaytarılması üçün rəhbərlikdən xahiş edəcəklər.

Xəbər lenti