11 Avqust 08:56 “Çelsi” məhkəməyə müraciət etdi
FUTBOL xəbərləri 11 Avqust 08:56
549 baxış

“Çelsi” məhkəməyə müraciət etdi

“Çelsi” qapıçısı Tibo Kurtuaya cəza verilməməsini tələb edir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubu belçikalı qolkiperin qırmızı vərəqəsinin ləğv olunmasını istəyir.

 

Premyer Liqanın ilk turunda “Suonsi” ilə qarşılaşmanın 52-ci dəqiqəsində rəqib hücumçusu Batefimbi Qomisi kobudluqla dayandıran Kurtua meydançadan qovulmuşdu. Hakimin sərt qərar verdiyini düşünən “zadəganlar” futbolçunun qırmızı vərəqəsinin ləğvi üçün apellyasiya məhkəməsinə müraciət edib.

 

Əgər “Çelsi”nin tələbi qəbul olunsa, Kurtua növbəti turda “Mançester Siti” ilə qarşılaşmada çərçivədəki yerini ala biləcək.

Xəbər lenti