27 İyun 18:39 “Çelsi”də 19 yaşlı braziliyalı
FUTBOL xəbərləri 27 İyun 18:39
577 baxış

“Çelsi”də 19 yaşlı braziliyalı

Londonun “Çelsi” klubu heyətini gücləndirib. Apasport.az saytının Braziliyanın “O Globo” nəşrinə istinadən məlumatına görə, “mavilər” “Fluminense”nin hücumçusu Robert Kenedinin keçidini həll edib.

 

“Zadəganlar” 19 yaşlı futbolçu üçün 9 milyon avro ödəyiblər.

 

Qeyd edək ki, gənc hücumçu 2013-cü ildən “Fluminense”nin şərəfini qoruyur. Bu müddətdə o, komandası ilə 40 matçda meydana çıxıb və 5 qola imza atıb.

Xəbər lenti