25 Avqust 14:51 “Çelsi”nin futbolçusu “Trabzonspor”da - FOTO
FUTBOL xəbərləri 25 Avqust 14:51
641 baxış

“Çelsi”nin futbolçusu “Trabzonspor”da - FOTO

Daha bir tanınmış futbolçu Marko Marin karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, almaniyalı yarımmüdafiəçi “Trabzonspor”da çıxış edəcək.

 

Müqavilə ilə “Çelsi”yə məxsus olan Marin son iki ildə müvafiq olaraq “Sevilya”, “Fiorentina” və “Anderlext”in formasını geyinib. “Zadəganlar”ın baş məşqçi Joze Mourinyo 26 yaşlı oyunçuya yenə ehtiyac duymadığından, London klubu “Trabzonspor”un təklifini qəbul edib. Bu gün Trabzona gələn Bosniya və Herseqovina əsilli oyunçu sabah yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək. Razılığa görə, Marin mövsümün sonuna qədər Superliqa klubunda icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Marin “Çelsi”yə 2012-ci ildə “Verder”dən keçməsinə baxmayaraq, 2013-cü ildən bəri digər komandalara icarəyə verilir.

Xəbər lenti