25 Avqust 08:57 “Çelsi”nin yarımmüdafiəçisi “Yuventus”a keçdi
FUTBOL xəbərləri 25 Avqust 08:57
507 baxış

“Çelsi”nin yarımmüdafiəçisi “Yuventus”a keçdi

“Çelsi”nin yarımmüdafiəçisi Xuan Kaudrado İtaliyaya köçüb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, kolumbiyalı futbolçu “Yuventus”la anlaşıb.

 

“Çelsi” bu il “Fiorentina”dan transfer etdiyi 27 yaşlı oyunçunu Turin klubuna bir illik icarəyə verib. Bunun müqabilində ingilislər 1,5 milyon avro əldə ediblər. Razılığa əsasən, “Yuventus” gələn ilin yayında Kuadradonu transfer etmək fikrinə düşsə, daha 25 milyon avro xərcə düşməli olacaq.

 

Artıq Turində olan Kuadradonun bu gün tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.

 

Qeyd edək ki, Xuan Kuadrado İtaliyada “Fiorentina”dan öncə “Udineze” və “Leççe”nin də formasını geyinib.

Xəbər lenti